Hizbullah hərəkatı yaydığı bəyanatda bu gün səhər saatlarında döyüşçülərinin 2 raketlə Əl-Rahab bazası ətrafında sionist əsgərlərin mövqelərini hədəfə aldıqlarını açıqlayıb.
Hizbullah başqa bir bəyanatda bildirib: “Qəzzə zolağında mətanətli Fələstin xalqına, onun qəhrəmancasına və şərəfli müqavimətinə dəstək olaraq, həmçinin Livan və onun xalqının müdafiəsi və İsrailin şəhərlərə, kəndlərə və mülki insanlara qarşı vəhşi hücumlarına cavab olaraq, islami müqavimət qüvvələri bu gün səhər saatlarında sionist köçkünlərin məskunlaşdığı Admit qəsəbəsi yaxınlığında israilli düşmən əsgərlərinin toplaşdıqları yeri raket atəşinə tutublar.
Sizin rəyiniz